11 
Avq
2019
09:56
27
226
5309
Virtual karabakh

“Lekima”da ölənlərin sayı 28-ə çatıb

11 Avq, 2019
09:56
5309

“Lekima”da ölənlərin sayı 28-ə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində şiddətli “Lekima” qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı artıb.

“RİA Novosti” xəbər verir ki, onların sayı 28-ə çatıb. Daha 20 nəfər isə itkin düşüb.

Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.

Dünən Çin sahillərinə çatan qasırğa əsasən ölkənin Cıcian vilayətində ciddi tələfat və dağıntıya səbəb olub. Belə ki, Vencou şəhərinin Yoncia dairəsində qasırğanın gətirdiyi şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub.

Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib. Cıcian vilayətində qasırğanın törətdiyi fəsadlar 5 milyona yaxın sakinə mənfi təsir edib.

“Lekima” hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Güman olunur ki, günün sonunda qasırğa vilayətin sahillərinə çatacaq qasırğa güclü külək və şiddətli yağışlar gətirəcək. Hava limanlarından 47 təyyarənin uçuşu təxirə salınıb.

Qasırğa ölkənin Anhuy, Fucien, Ciansu, Cıcian vilayətlərində, habelə Şanxay şəhərində və Tayvan bölgəsində şiddətli yağışlara səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri