12 
Avq
2019
10:27
41
145
2030
Virtual karabakh

Medvedev: Rusiya Xəzərin statusu haqqında sənədi tezliklə ratifikasiya edəcək

12 Avq, 2019
10:27
2030

Medvedev: Rusiya Xəzərin statusu haqqında sənədi tezliklə ratifikasiya edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzərin hüquqi statusu haqqında Konvensiya Rusiya tərəfindən yaxın zamanlarda ratifikasiya ediləcək.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev I Xəzər iqtisadi forumunda bəyan edib.

D.Medvedev bildirib ki, Rusiya bu sənədi yaxın vaxtlarda ratifikasiya etmək niyyətindədir.

O vurğulayıb ki, Konvensiya sayəsində Xəzəryanı ölkələr bir-birinin maraqlarına hörmətlə yanaşaraq qarşılıqlı həll yolları tapa bilərlər.

Baş nazir qeyd edib ki, sənədi imzalayan dövlətlər iqtisadiyyatın yalnız xammal tərəfi ilə kifayətlənməli deyillər.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci ilin avqust ayında Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfindən imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri