13 
Avq
2019
02:40
26
126
2907
Virtual karabakh

İngiltərədə cütlük akvariumdan zəhərlənib

13 Avq, 2019
02:40
2907

İngiltərədə cütlük akvariumdan zəhərlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Telford şəhərində evli cütlük akvariumu təmizləyərkən toksik maddədən zəhərlənib.

The Independent” xəbər verir ki, buna səbəb akvariumda yaşayan korall olub.

Onu təmizlədikdən sonra cütlüyün qızdırması qalxıb və onlar boğazlarında ağrı hiss ediblər. Ailəni uşaqları ilə birlikdə xəstəxanaya yerləşdiriblər.  

Məlumata görə, korall müdafiə məqsədi ilə “palitoksin” adlı sərt zəhər buraxır. Bu zəhər damara birbaşa düşdükdə insanı bir necə dəqiqə ərzində öldürə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri