13 
Avq
2019
06:39
324
97
5694
Virtual karabakh

Terrorçular ABŞ ordusunun “ən yaxşı” xüsusi təyinatlısını öldürdü

13 Avq, 2019
06:39
5694

Terrorçular ABŞ ordusunun “ən yaxşı” xüsusi təyinatlısını öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqda ABŞ-ın Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusu öldürülüb.

Marine Corps Times” xəbər verir ki, komendor-çavuş Skott Koppenhafer İŞİD terrorçularının açdığı atəş nəticəsində həlak olub.

Qeyd edilir ki, 35 yaşlı Kolorado əsilli hərbçi “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində hərbi tapşırığı icra edərkən öldürülüb.

Xüsusi təyinatlıların elit dəstəsinə keçirilməsindən əvvəl Koppenhafer pulemyotçu və snayper kimi xidmət edib. Cəsurluq və hərbi nailiyyətlərinə görə o, iki dəfə “Bürünc ulduz” medalı ilə təltif olunub.

Koppenhafer 2018-ci ildə “dəniz piyadalarının ən yaxşı xüsusi təyinatlısı” seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri