16 
Avq
2019
03:34
120
47
4959
Virtual karabakh

Gürcüstan dağlarında itkin düşən üç belaruslu qadından yalnız biri sağ tapıldı

16 Avq, 2019
03:34
4959

Gürcüstan dağlarında itkin düşən üç belaruslu qadından yalnız biri sağ tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xilasedicilər Svanetiyada itkin düşmüş qadın turistlərin birini sağ tapıb, digər ikisi ölüb.

Tut.by” xəbər verir ki, Elena adlı qadın hazırda Mestia yaşayış məntəqəsinin xəstəxanasındadır.

Xilasedicilər onun sağ qalmasını təcrübəli olması ilə izah edirlər. Qadın əri ilə birlikdə 40 ilə yaxındır ki dağ turizmi ilə məşğuldur.

Qadının danışdığından bəlli olub ki, o digər iki turistlə bir qrupda bir-birilərinə iplə bağlanmış vəziyyətdə hərəkət ediblər. Zirvədən düşən yolda dar yedə qadınların birinin ayağı sürüşüb və onlar birlikdə aşağı yuvarlanıblar.

Səhər isə xilasedicilər dağ arası yarıqdan fənər işığı görüblər. Qadını tapan xilasedicilər onda heç bir sınığın olmadığını bildiriblər.

Xatırladaq ki, Belarusun Brest şəhərindən Gürcüstanın Tetnuldi dağına bir qrup turist yollanıb. Onlar zirvəyə qalxıblar, oradan düşəndə isə faciə baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri