16 
Avq
2019
09:45
146
25
5184
Virtual karabakh

Dünyanın ən böyük silah alverçisi tutuldu

16 Avq, 2019
09:45
5184

Dünyanın ən böyük silah alverçisi tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikalı silah alverçisi Jak Mesye Portuqaliyada saxlanılıb.

Məlumata görə, Belçika federal polisi bildirib ki, Jak Mesye Portuqaliyanın Evora şəhərində ələ keçib.

Brüsselin Apellyasiya Məhkəməsi ötən ilin oktyabrında həmin şəxsə qanunsuz silah ticarəti və cinayətkar qrupda iştirakına görə dörd il iş kəsmişdi.

Bununla yanaşı, o, 1,2 milyon avro məbləğində cərimə olunmuşdu.

Mesye 2010-cu ildə isə ABŞ döyüş təyyarəsinin hissələrini İraqa keçirməyə çalışdığına görə 23 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri