17 
Avq
2019
08:54
32
81
1974
Virtual karabakh

ABŞ "Huawei"ə güzəştə gedə bilər

17 Avq, 2019
08:54
1974

ABŞ "Huawei"ə güzəştə gedə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Ticarət Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinin lisenziyasını genişləndirə bilər ki, bu da ona Amerika müəssisələrindən avadanlıq almağa imkan verəcək.

Reuters”in öz mənbələrinə istinadən verdiyi məlumata görə, “müvəqqəti baş lisenziya” 90 gün müddətinə uzadılacaq.

Xatırladaq ki, ABŞ administrasiyası “Huawei” ÇXR-nın hərbçiləri və kəşfiyyatı ilə əməkdaşlıqda, eləcə də müştərilərin mümkün izlənməsində ittiham edir. Bu səbəbdən də, ABŞ Ticarət Nazirliyi may ayında şirkəti Amerika istehsalçılarının komponentlərini və texnologiyalarını almağın yolunu kəsən “qara siyahı”ya salıb.

“Huawei”, həmçinin müvafiq lisenziyalar olmadan Amerika biznesi ilə iş aparmağa qadağa qoyulan şirkətlər siyahısında yerləşir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri