18 
Avq
2019
06:49
90
42
2718
Virtual karabakh

Tramp təsadüfən tərəfdarını təhqir etdi

18 Avq, 2019
06:49
2718

Tramp təsadüfən tərəfdarını təhqir etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Nyu-Hempşir ştatının Mançester şəhərində çıxışı zamanı təsadüfən tərəfdarını təhqir edib.

Bu barədə “Fox News” məlumat verir.

Tədbir onun 2020-ci ildə seçkiqabağı kampaniyasına həsr olunmuşdu.

Trampın çıxışı zamanı stadionda bir qrup nümayişçi peyda olub. Mühafizə onları cəld çıxarmağa başlayıb.

Həmin vaxt dövlət başçısı izdihamdakı kişilərdən birinə diqqət yetirib.

“Bu oğlanın çəki ilə bağlı ciddi problemləri var. Get evə. İdmanla məşğul olmağa başla. Zəhmət olmasa, onu buradan çıxarın”, - Tramp bildirib.

Daha sonra Frank Dousonun prezidenti dəstəklədiyi və “Tramp-2020” yazısı olan köynək geyindiyi ortaya çıxıb.

Trampa onun səhvi barədə məlumat verildikdə, o, həmin şəxsə zəng edib və dəstəyə görə təşəkkür edib, lakin üzr istəməyib.

Dousonun özü isə bildirib ki, incimir və hələ də prezidenti sevir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri