18 
Avq
2019
22:10
175
44
9931
Virtual karabakh

Putinin kortejindəki avtomobilin qiyməti kəskin ucuzlaşıb

18 Avq, 2019
22:10
9931

Putinin kortejindəki avtomobilin qiyməti kəskin ucuzlaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın brend avtomobil istehsalçısı “Aurus” tezliklə iki yeni modelin satışına başlayacaq.

REN TV xəbər verir ki, bunlar “Senat S 600” sedan və “Senat L 700” limuzindir.

Amma satışa çıxarılacaq avtomobillərin qiyməti əvvəl açıqlanmış məbləğdən xeyli aşağı olacaq.

Belə ki, daha əvvəl sözügedən maşınların satışı 18 milyon rubl (təqribən 480 644 manat - red.) nəzərdə tutulmuşdusa, real qiymət 8 milyon rubl olacaq.

Bu, zirehsiz halda nəzərdə tutulmuş qiymətlərdir.

“Moskva-City” ticarət mərkəzində baş tutacaq təqdimat mərasimi avqustun 23-də olacaq.

Qeyd edək ki, “Aurus” yüksək sinifli avtomobillərdir. Buraya “Senat-limuzin”, “Senat” sedan, “Arsenal” miniven və ad verilməyən kabriolet daxildir.

Xatırladaq ki, 2018-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasiminə “Aurus Senat” limuzinində gəlmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri