20 
Avq
2019
07:06
167
40
6501
Virtual karabakh

Türkiyəli həkimlər hovuzda boğulan rusiyalı qızı həyata qaytarmaq üçün səy göstərir

12 yaşlı rusiyalı turist Türkiyədə istirahəti zamanı əlini əzib və hovuzda boğulub.

Fontanka.ru” xəbər verir ki, hadisə Bodrumda “Sunhill” hotelində baş verib.

Qız hovuzda çimərkən nasosun borusu onun əlini sovurub. Qızın atası və hadisə şahidləri borunu qıraraq qızı xilas ediblər. Lakin o vaxta qədər yeniyetmə suda boğulub və komaya düşüb.

Zərər çəkənin anası bildirib ki, hazırda onlar ailə ilə birlikdə Dənizli şəhərinin xəstəxanasındadırlar. Həkimlər 2 gün ərzində qızın ürəyini 5 dəfə işə salmağa cəhd ediblər. Bildirilir ki, türkiyəli həkimlər qızı xilas etmək üçün səylərini davam etdirirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri