22 
Avq
2019
03:21
82
43
4624
Virtual karabakh

Dələduz məşhur tennisçinin hesabına dəbdəbəli həyat yaşayıb

Florida polisi kanadalı tennisçi Ejen Buşarın şəxsi hesabından istifadə etməkdə ittiham olunan kişini həbs edib. 

Bu barədə “WSVN 7News” məlumat verib.

Qəzetin məlumatına görə, 24 yaşlı Şlomo Azari özünü tennisçinin qardaşı kimi təqdim edib və iki ay ərzində onun hesabına yaşayıb. Belə ki,o, hotelin damındakı restoranda yemək yeyir, bahalı içkilər içir və ən dəbdəbəli nömrələrdə yaşayırdı. Dələduz ümumilikdə Buşarın hesabından 40 min dollara yaxın xərcləyib.

Hesabında pulların yoxa çıxdığını görən tennisçi polisə müraciət edib. Həbs zamanı cinayətkarda kokain tapılıb. Hotelin əməkdaşları Buşar və Azarini barda bir neçə dəfə birlikdə gördüklərini bildiriblər.

Qeyd edək ki, Buşar tennis Assosiasiyasının (DTA) reytinqində 114-cü yeri tutur. O, Kanadanın tarixində qadın təklik dərəcəsində Böyük dəbilqə turnirinin finalına vəsiqə qazanan ilk idmançı olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri