22 
Avq
2019
07:37
87
26
3208
yuxarı
Kosmonavtlar açıq kosmosa çıxdılar
22 Avq, 2019
07:37
3208
87
26
Kosmonavtlar açıq kosmosa çıxdılar
NASA kosmonavtları Nik Heyq və Andrü Morqan açıq kosmosa çıxıblar.
RİA "Novosti" bildirir ki, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyanın adapteri üzərində işləmək üçün bu addımı atıblar. NASA hadisəni öz internet səhifəsində birbaşa yayımlayıb.
Nik və Andryu skafandrları avtonom qidalanma rejiminə keçiriblər. Stansiyanı ilk olaraq Heyq tərk edib, bu, onun açıq kosmosa üçüncü çıxışıdır. Bir neçə dəqiqə sonra isə Morqan da stansiyanı tərk edib və bu onun açıq kosmosa ilk çıxışıdır.
Kosmonavtlar stansiyadan kənarda 6,5 saat keçirəcəklər. Onlar adapterin quraşdırılması işini yekunlaşdırmalıdırlar.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək