22 
Avq
2019
08:46
9
39
1269
Virtual karabakh

İnnovasiyanı seçənlər: Bankların patent ərizələrinin sayına görə TOP 10-luğu

Bankçılıq industriyası yerində durmur, daim inkişaf edərək, müştərilərə yeni xidmət və imkanlar təklif edir.

Maliyyə sahəsi dünyada ən innovativ sahələrdən biridir. Qlobal banklar rəqiblərindən geri qalmamaq üçün daim inkişaf etməyə və təkmilləşməyə çalışırlar.
“IPRDaily” və “incopat Invention Index Research Center” 2018-ci ildə patent ərizələrinin sayı üzrə bankların reytinqini tərtib edib. 

Ən çox patent ərizələri verilmiş bankların Top 100-nun 43%-i Çin bankları təşkil edir.

Oxu.Az  2018-ci ildə ən çox patent ərizələri toplayan bankları təqdim edir:

10. “Agricultural Bank of China”

Ölkə: Çin

“Agricultural Bank of China” Çin və dünyanın ən böyük banklarından biridir. Onun qərargahı Pekində yerləşir.

Çin Xalq Respublikasının ərazisində bankın 23 600-dən çox şöbə və 19 700 əməliyyat ofisi var, daha 8 şöbə və 2 nümayəndəliyi isə Çindən kənarda yerləşir.

9. “Royal Bank of Canada”

Ölkə: Kanada

“Royal Bank of Canada” Kanadanın ən böyük bankı, eləcə də ən böyük şirkətidir.

“Royal Bank of Canada” özəl və kommersiya bankçılığı, sərvətin idarəçiliyi, sığorta, investisiya və depozit xidmətləri, kapital bazarları bölmələrdən ibarət olan qlobal maliyyə konqlomeratıdır. 

8. “Industrial and Commercial Bank of China”

Ölkə: Çin

“Industrial and Commercial Bank of China “ Çinin ən böyük kommersiya bankıdır. “Bank of China”, “Agricultural Bank of China” və “China Construction Bank” ilə yanaşı, ölkənin ən iri dövlət banklarının "Böyük dördlüyü" ndə yer alır.
Səhmlərin nəzarət paketi bir neçə dövlət investisiya şirkəti vasitəsilə ÇXR hökumətinə məxsusdur. 

Ümumilikdə, ICBC-nin 500 mindən artıq səhmdarı var. ICBC Çin bank sektorunun beşdən bir  hissəsinə nəzarət edir. Bankın 453 048 nəfər işçisi olan 17 460-dan çox bölməsi mövcuddur.

7. “The People's Bank of China”

Ölkə: Çin

“The People's Bank of China” Çin Xalq Respublikasının Mərkəzi Bankıdır və öz funksiyalarını hökumətin rəhbərliyi altında həyata keçirir.

ÇMB Tiantszin, Şenyanq, Nankin, Tzsinan, Uhan, Quançjou, Çendu, Şanxayn və Sian kimi şəhərlərin hərəsində bir ədəd olmaqla  9 regional filial açıb. 

Həmçinin ÇMB 6 xarici nümayəndəlik ofisinə malikdir. ÇMB-a 18 şöbə daxildir.

6. “Toronto-Dominion Bank”

Ölkə: Kanada

“Toronto-Dominion Bank” Kanadanın ikinci ən böyük maliyyə holdinqidir (“Royal Bank of Canada”dan sonra). O, bank, sığorta və investisiya xidmətləri göstərir.

Bankın 2500-ə yaxın şöbəsi və 5300 bankomatı var, əməkdaşların sayı tam iş günü ekvivalentində 81 min nəfər  təşkil edir.

5. “WeBank”

Ölkə: Çin

Çin internet konqlomeratı “Tencent Holdings” 2015-ci ildə ÇXR-də ilk onlayn-bankı işə salıb. O, məşhur “Tencent WeChat” messencerinə analoji olaraq  “WeBank” adını alıb.

Bankın heç bir şöbəsi və bankomatı yoxdur. Bütün əməliyyatlar mobil tətbiq və ya “Wechat” hesabı vasitəsilə aparılır. 

4. “JPMorgan Chase”

Ölkə: ABŞ

“Bank of America”, “Citigroup” və “Wells Fargo” ilə yanaşı ABŞ banklarının "Böyük dördlüyü" ndə yer alır. 

Əsas fəaliyyət istiqamətləri investisiya bankçılığı, fiziki şəxslərə və kiçik biznesə maliyyə xidmətləri, kommersiya bankçılığı, maliyyə tranzaksiyalarının aparılması və aktivlərin idarə olunmasıdır. 

Ən böyük depozit banklarından biridir. Onun depozit aktivlərinin həcmi $23,5 trilyon təşkil edir.

3. “China Construction Bank”

Ölkə: Çin

“China Construction Bank” Çinin ən böyük banklarından biridir. 

“China Construction Bank” şəbəkəsi Çin ərazisində 14 925 şöbə, həmçinin onun hüdudlarından kənarda 10 şöbə (Honkonq, Sinqapur, Frankfurt, Yohannesburq, Tokio, Seul, Sidney, Taybey, Nyu-York və Hoşimində) və “CCB Principal Asset Management” (aktivlərlə idarəetmə xidmətləri), “CCB Financial Leasing” (kreditləşmə), “CCB Trust” (trast fondu), “CCB Life” ( sığorta) və “Sino-German Bausparkasse (Çin-Alman tikinti kooperativi), “CCB Asia” (Asiya), “CCB London” (Böyük Britaniya filialı), “CCB Russia” (Rusiya filialı), “CCB Dubai” (Dubai filialı) və” CCB International” kimi bir sıra törəmə banklardan ibarətdir.

2. “Bank of China”

Ölkə: Çin

“Bank of China” hazırda fəaliyyət göstərən Çin banklarının ən qədiminin əsasında yaradılan maliyyə qrupudur. Qərargahı Pekində yerləşir. 

Əsas fəaliyyət istiqaməti kommersiya bankçılığıdır ki, əməliyyat mənfəətinin 90%-i onun payına düşür. Bu istiqamət korporativ bankçılıq (42%), özəl bankçılıq (33%) və xəzinədarlıq əməliyyatlarını (15%) əhatə edir. 

Əsas fəaliyyət sahəsi Çin Xalq Respublikasının ərazisidir (Honkonq və Makao istisna olmaqla). Honkonq, Makao və Tayvanın payına aktivlərin 17% və əməliyyat mənfəətinin 23% -i düşür. 

Qrupun xarici şəbəkəsi dünyanın 53 ölkəsində yerləşən 545 şöbədən ibarətdir ki, bunların da əsas hissəsi Kanada, Böyük Britaniya və Sinqapurda yerləşir.

1.“Bank of America”

Ölkə: ABŞ 

“Bank of America” fiziki və hüquqi şəxslərə geniş maliyyə xidmətləri göstərən Amerika maliyyə konqlomeratı, aktivlərin sayına görə ABŞ-da ən böyük bank holdinq şirkətidir.
50 ştatın hamısında, eləcə də 35 digər ölkədə fəaliyyət göstərən bankın 4700 şöbəsi, 213 min əməkdaşı və 16 min bankomatı var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri