22 
Avq
2019
06:44
165
8
2332
Virtual karabakh

Nepal Everestə qalxanlara birdəfəlik plastiki qadağan etdi

22 Avq, 2019
06:44
2332

Nepal Everestə qalxanlara birdəfəlik plastiki qadağan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nepal hakimiyyəti Everest yaxınlığında bələdiyyə ərazisində birdəfəlik plastik məhsulların satışı və istifadəsini qadağan edib. Məmurlar bu yolla dağın zibillənməsinə qarşı mübarizə aparmaq istəyirlər.

Qadağa 2020-ci ilin yanvar ayından qüvvəyə minəcək. Məhdudiyyət 30 mikrondan nazik olan plastik məhsullara şamil ediləcək. Ehtimal olunur ki, trekkinq şirkətləri, aviaşirkətlər və Nepal Alpinistlər Assosiasiyası bu qadağanı dəstəkləməkdə hökumətə kömək edəcəklər.

Qanunu pozanlar üçün hansı cəzanın tətbiq olunacağı hələ açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri