22 
Avq
2019
08:20
77
17
2137
Virtual karabakh

Belçikalılar Trampa sataşdılar: Valloniya 1 avroya təklif edildi

Belçika Milliyyətçi Partiyasının gənclər bölməsi olan “yeni Flamand Alyansı” (N-VA) ABŞ prezidenti Donald Trampa Belçikanın Vallon regionunu 1 avro müqabilində əldə etməyi təklif edib.

Müvafiq məlumat çərşənbə günü partiyanın “twitter” səhifəsində yerləşdirilib.

Publikasiya Nyu-Yorkda yerləşən “Trump Tower” göydələni əks olunmuş Valloniyanın Dürbüi şəhərinin şəkli ilə müşayiət olunur.

“Hörmətli Prezident Tramp, bir avro və Valloniya sizindir. Bizə zəng edin”, - məlumatda deyilir.

Qeyd edək ki, bu tvit Amerika prezidentinin Danimarkadan Qrenlandiyanı almaq planlarına reaksiya olaraq yerləşdirilib.

Lakin zarafat heç də hər kəs tərəfindən qiymətləndirilməyib. Belə ki, liberal fransızdilli “İslahatçı hərəkat” Gənclər Təşkilatının nümayəndəsi, koalisiya federal hökumət üzrə N-VA-nın keçmiş tərəfdaşı Stev Detri “twitter” səhifəsində Niderland dilində cavab verərək bildirib ki, bu, “kobud və axmaq” zarafatdır

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri