23 
Avq
2019
11:12
459
19
2311
Virtual karabakh

Erməni hərbçiləri daşıyan maşın aşdı: 11 yaralı

23 Avq, 2019
11:12
2311

Erməni hərbçiləri daşıyan maşın aşdı: 11 yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Tavuş vilayətinin Baqanis kəndi yaxınlığında hərbçiləri daşıyan "QAZ 66" yük maşını aşıb.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.

Nazirliyin mətbuat katibi Artsrun Hovannisyan “Facebook” səhifəsində bildirib ki, qəza zamanı hərbçilərdən heç biri ciddi xəsarət almayıb.

Nazirlik hadisənin təfərrüatı barədə məlumat verməyib.

Bununla belə, Ermənistan mətbuatının yazdığına görə, maşında 11 hərbçi olub. Hərbçilərin bəziləri aşan maşından özləri çıxıb, digərlərinə isə yoldaşları və xilasedicilər kömək ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri