23 
Avq
2019
16:24
31
128
2318
Virtual karabakh

ABŞ senatoru Qrenlandiyanı almağı bir il öncə təklif edibmiş

23 Avq, 2019
16:24
2318

ABŞ senatoru Qrenlandiyanı almağı bir il öncə təklif edibmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arkanzas ştatını təmsil edən respublikaçı-senator Tom Kotton ötən yay Danimarkanın ABŞ-dakı səfiri Lars Qert Lozenə Qrenlandiyanı satmağı təklif etdiyini bildirib.

Bu barədə "Wall Street Journal" qəzeti onun nümayəndəsi Karolin Tablerə istinadən yazır. 

Senatorun sözlərinə görə, o, bu təklifi 2018-ci ilin avqustunda Danimarka səfiri ilə NATO və "Şimal axını-2"nin müzakirəsinə həsr olunmuş görüş zamanı edib. Qəfil sual Lozeni çaşdırıb. Kotton səbəbləri açıqladıqdan sonra söhbət davam edib.

Bundan əlavə, senator bu məsələni ötən il ABŞ Prezidenti Donald Trampla görüş zamanı da müzakirə edib, lakin belə fikrin ilk olaraq hansının ağlına gəldiyi məlum deyil.

Kottonun qəzetə bildirdiyinə görə, Qrenlandiya ABŞ-ın müdafiə taktikası üçün faydalı alış olar.

"Son bir neçə il ərzində Çin hava limanı tikintisini maliyyələşdirməyi təklif edərək, Qrenlandiyada hərbi plasdarm almağa çalışıb. Qrenlandiyanın alınması onu həm çinlilərdən, həm də ruslardan qoruya bilər. Bura sözlə ifadə olunmayan iqtisadi potensiala malik təbii resurslarla zəngindir", - deyə respublikaçı-senator vurğulayıb.

Danimarka səfirinin nümayəndəsi məsələyə şərh verməkdən imtina edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri