24 
Avq
2019
11:30
354
47
2825
Virtual karabakh

Türkiyə ordusu İraqda yeni hərbi əməliyyata başladı

24 Avq, 2019
11:30
2825

Türkiyə ordusu İraqda yeni hərbi əməliyyata başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ordusu İraqda "Pəncə-3" hərbi əməliyyatına başlayıb.

"Hürriyet" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyata İraqın şimalındakı Sinat-Haftanin bölgəsində start verilib.

"Pəncə-3" əməliyyatı avqustun 23-də başlayıb. Hərbi əməliyyat sərhəd təhlükəsizliyini daha irəlidən təmin etmək, Sinat-Haftanin bölgəsindəki terrorçuları və onların istifadə etdikləri mağara, sığınacaqları məhv etmək məqsədilə həyata keçirilir.

Bildirilib ki, hərbi əməliyyatlarda qırıcılardan, pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz uçuş aparatlarından və haubitsalardan istifadə olunur

Əməliyyatın planlaşdırılmış şəkildə uğurla davam etdiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri