26 
Avq
2019
11:44
17
125
2126
Virtual karabakh

İndoneziya sahillərində gəmi yoxa çıxdı

26 Avq, 2019
11:44
2126

İndoneziya sahillərində gəmi yoxa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziya sahilləri yaxınlığında fəlakət siqnalı verdikdən sonra nikel filizi daşıyan yük gəmisi ilə əlaqə kəsilib.

"RİA Novosti" xəbər verir ki, bu barədə "Sinhua" agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

Məlumata əsasən, göyərtəsində 25 nəfərin olduğu "MV Nur Allya" gəmisi ilə bağlı hadisə bazar günü baş verib.

Axtarış-xilasetmə əməliyyatları üzrə milli mərkəzin nümayəndəsi Yusuf Lətifin bildirdiyinə görə, gəmi Cənub-Şərqi Sulavesi əyalətinə tərəf hərəkət edib və Buru adası yaxınlığından keçərkən fəlakət siqnalı verib, bundan sonra əlaqə kəsilib. Siqnal gəminin təhlükədə olduğunu bildirib.

Yerli xilasetmə xidmətinin başçısı Muslimin Səmailə xilasedicilərin dərhal son siqnalın verildiyi yerə yollandığını deyib. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, gecə əməliyyat dayandırılmalı olub. O, bu gün axtarışların davam edəcəyini əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri