31 
Avq
2019
11:00
26
106
2882
Virtual karabakh

Politoloq: Tramp İranla qarşıdurmanın yeni dalğasını Obamanın acığına başlatdı - MÜSAHİBƏ

31 Avq, 2019
11:00
2882

Politoloq: Tramp İranla qarşıdurmanın yeni dalğasını Obamanın acığına başlatdı - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti yanında Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müavini, politoloq Yevgeni Baxrevskinin Oxu.Az-a müsahibəsi:

- Vaşinqton və Tehran qarşıdurması beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmağa davam edir. Son zamanlarda tərəflər arasında sanki isinmə müşahidə olunur. Bu, nə ilə bağlıdır?

- Donald Trampın xarici siyasəti "Hər şeydən öncə Amerika" şüarına uyğundur, eyni zamanda, onun diqqətinin yönəldiyi xüsusi əhəmiyyətə malik sfera deyil. Hazırda Trampın bütün qayğıları daxili siyasət və iqtisadiyyatla bağlıdır. Xüsusən indiki zamanda - seçkiqabağı mübarizənin ilk mərhələsində.

İranla qarşıdurmanın yeni dalğasını o, hər şeydən öncə Obama siyasətinin acığına başladıb. Hazırda isə Tramp rahat şəkildə Tehranla danışıqlara başlaya və "yaxşı" sazişə yaxın olduğunu elan edə bilər. Yəni mümkün ssenari Obamanın vaxtındakından fərqlidir.

- Niyə Tramp ondan əvvəlkilərdən daha sülhsevər siyasət aparır?

- Trampda hərbi dəliqanlılığın olmaması çoxdan hiss olunur, bəzi şərhçilər buna görə onu hətta qorxaq adlandırır. Son onilliklərdə ABŞ-ın bütün böyük hərbi tədbirlərinin nəticəsi kifayət qədər şübhəlidir və Tramp bu məqamı hələ seçkiqabağı nitqlərində vurğulayıb.

O, ümumiyyətlə, digər ölkələrin işlərinə qarışmamağı və yalnız ABŞ-la məşğul olmağı planlaşdırırdı. Bu, onun "qlobal maliyyəçilər" adlandırıla bilən əsas daxili siyasi düşmənlərinə qarşı yönəlmiş mövqeyini göstərir.

Trampın ikinci prezidentlik müddətində siyasətinin necə olacağını demək çox çətindir. Dünyada vəziyyət o qədər qeyri-sabitdir və hadisələr o qədər sürətlə inkişaf edir ki, belə uzunmüddətli proqnozlar vermək, sadəcə, qeyri-ciddi olar.

- ABŞ-ın heç vaxt İranla açıq şəkildə müharibə aparmamasının səbəbləri nədir?

- ABŞ üçün İranla açıq şəkildə müharibə etmək hər bir halda çətin olardı. Bu qarşıdurma sürətli və təmassız ola bilməz, başqa cür müharibəyə isə ABŞ hazır deyil. Buna görə də belə planlara ciddi şəkildə baxılacağı şübhə altındadır.

- Fransa Prezidenti Emmanuel Makron dünyada qərb hökmranlığının bitdiyini bildirərək, Rusiya ilə yeni münasibətlər qurmağın zəruriliyini vurğulayıb.

- Hamıya çoxdan məlumdur ki, Rusiyanı təcrid etmək cəhdləri uğursuzluqla nəticələnib. Avropa bu gün çətin dövranın aşkar şəkildə yaxınlaşdığını hiss edir, ona görə də Fransa öz ənənəvi çoxvektorluluğunu yada salır.

Lakin Rusiya ilə ciddi dialoq qurmaq niyyəti Avropada yalnız şifahi bəyanatlarla məhdudlaşır. Makronun nə qədər ciddi olduğunu zaman göstərəcək. Avropa ilə real qarşılıqlı anlaşmaya isə Rusiyada artıq çoxdan heç kəs ümid eləmir.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri