Sen
2019
07:23
131
63
4930
Virtual karabakh

Amerikalı qadın təyyarəyə poni ilə mindi – VİDEO

1 Sen, 2019
07:23
4930

Amerikalı qadın təyyarəyə poni ilə mindi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da sərnişin Çikaqodan Omahaya uçuş zamanı stressi dəf etmək üçün təyyarəyə özü ilə poni götürüb. Şahidlər qeyri-adi sərnişini videoya çəkiblər.

“Biz hərbçilər, üç yaşına qədər uşaqları olan ailələr, eləcə də atlarla səyahət etmək istərdik”,-Evan Novak adlı sərnişin videonu istehza ilə şərh edib. 

Bir müddət sonra digər sərnişinlər Omaha hava limanında poni ilə gəzən qadını görüblər. Xanımın davranışına əsasən, aerofobiyadan əziyyət çəkməsinə baxmayaraq, uçuşu əla keçirib.

Xatırladaq ki, 2010-cu ilə qədər ABŞ qanunvericiliyinə əsasən, qeyri-sabit psixikalı insanlara uçuşu rahat başa vurmağa kömək üçün təyyarə göyərtəsinə xidməti heyvan kimi yalnız itləri götürmək olardı. Lakin uzun çəkişmələrdən sonra hüquqşünaslar “antistress heyvanları” siyahısına pişik və poniləri də sala biliblər. Yeni norma cari ilin 15 avqust tarixindən qüvvəyə minib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri