Sen
2019
07:18
9
259
3716
Virtual karabakh

Kolumbiyada qadın siyasətçi ailəsi ilə birlikdə yandırıldı

3 Sen, 2019
07:18
3716

Kolumbiyada qadın siyasətçi ailəsi ilə birlikdə yandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiyanın Suarez şəhərinin merliyinə namizəd (ölkənin qərbindəki Kauka departamenti) Karina Qarsia silahlı hücum nəticəsində öldürülüb.

TASS xəbər verir ki, hadisə zamanı namizədin anası da daxil olmaqla, siyasətçini müşayiət edən daha 5 nəfər dünyasını dəyişib.

Öldürülən altı nəfərin cəsədi Qarsianın yanmış avtomobilində tapılıb.

Kolumbiya hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar istintaq başladıb. İlkin məlumatlara görə, siyasətçiyə iki silahlı şəxs tərəfindən hücum edilib.

Məlumata görə, daha əvvəl Qarsia siyasi fəaliyyəti ilə əlaqədar təhdid olunub. Naməlum şəxslər ondan küçələrdən təbliğat afişalarının yığışdırılmasını tələb ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri