4 
Sen
2019
00:14
258
28
2861
yuxarı
İsveçdə soydaşımız məhkəməyə jüri üzvü seçildi - FOTO
4 Sen, 2019
00:14
2861
258
28
İsveçdə soydaşımız məhkəməyə jüri üzvü seçildi - FOTO
Bu gün İsveç Krallığının Partille bələdiyyə məclisinin qərarı ilə Turan Əliyev 2020- 2023-cü illər üçün Göteborq bölgə məhkəməsinə jüri üzvü seçilib.
Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Onun sözlərinə görə, məhkəmə Göteborq, Öckerö, Harrida, Kungalvs, Mölndals və Partille bələdiyyələrində 779.833 nəfər sakini əhatə edir: "İsveç məhkəmə sistemində jüri üzvləri siyasi partiyalar tərəfindən namizəd göstərilir, bələdiyyə məclisi tərəfindən qəbul olunur. Lakin bu, siyasi vəzifə sayılmır.
Məhkəmə prosesində 3 jüri üzvü və 1 hakim qərarın verilməsində bərabər hüquqa və səs haqqına malikdirlər".
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək