Sen
2019
08:40
46
182
4498
Virtual karabakh

Çində zəlzələ olub – ölən və yaralananlar var - YENİLƏNİB

8 Sen, 2019
08:40
4498

Çində zəlzələ olub – ölən və yaralananlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Veyuan qəzasında (Sıçuanın cənub-qərb əyaləti) 5,4 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verir.

Məlumata görə, iki yaralının vəziyyəti ağırdır. Yeraltı təkanlar nəticəsində 17 ev dağılıb, 215 ev də zədə alıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

07:13

Çinin Sıçuan əyalətində 5,4 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. 

Bu barədə REN TV Neytsyan əyalətinin Fövqəladə İşlər İdarəsinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, səhər saatlarında baş verən zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.

Onlar mütəxəssislər tərəfindən yoxlanılır.

Bundan əlavə, yer səthinin hərəkəti səbəbindən bəzi binalar çöküb.

Zəlzələnin ocağının 10 km dərinlikdə yerləşdiyi qeyd edilir.

Hazırda kütləvi uçqun yerlərində xilasedicilər işləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri