Sen
2019
13:25
9
145
2807
Virtual karabakh

Məşhur aktyorun ailəsinin 23 üzvü itkin düşdü

9 Sen, 2019
13:25
2807

Məşhur aktyorun ailəsinin 23 üzvü itkin düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baham adalarında şiddətli "Dorian" qasırğası tüğyan edir.

Qasırğadan sonra əfsanəvi Hollivud ulduzu Sidni Puatyenin ailəsindən 23 nəfərin itkin düşdüyü açıqlanıb.

Puatye Qrand Bahama adasında yaşayan bacısı Barbara və onun övladlarından xəbər ala bilmədiyini açıqlayıb. Karibləri alt-üst edən "Dorian" qasırğası nəticəsində ən azı 46 nəfər həlak olub.

Hollivud əfsanəsi 92 yaşlı Sidni ABŞ-ın Mayami şəhərində anadan olub. Amma ailəsi o kiçik olanda Baham adalarına köçüb.

Qeyd edək ki, Baham adalarında baş verən "Dorian" qasırğası artıq 44 nəfərin həyatına son qoyub. Qasırğa qurbanlarının sayının artacağı gözlənilir. 

Bu barədə Rusiyanın Korrespondent.net saytı məlumat yayıb.

Adanın Səhiyyə Nazirliyi isə itki sayının daha çox olduğunu, suyun səviyyəsinin çox olmasına görə dəqiq məlumat verməyin mümkünsüzlüyünü bildirir.  

Qasırğa adada 13 mindən çox binaya və böyük ərazilərə zərər vurub. 

"Dorian" güclənərək artıq Kanada sahillərinə çatır. Xilasetmə tədbirləri davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri