11 
Sen
2019
01:38
87
63
2779
Virtual karabakh

Tramp saçlarını təriflədi: Həmyaşıdlarımın çoxundan yaxşıdır

11 Sen, 2019
01:38
2779

Tramp saçlarını təriflədi: Həmyaşıdlarımın çoxundan yaxşıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Trampın saç düzümü sosial şəbəkələrin daimi zarafat mövzularından biridir.

Ötən gün Şimali Karolinada tərəfdarları qarşısında çıxış edən D.Tramp qəflətən saç düzümünün formasından danışmağa başlayıb.

O, saçlarının həmyaşıdlarının saçından daha yaxşı qorunduğunu qeyd edib.

Tramp köməkçilərinin tədbir üçün geniş bir yer tapa bilməməsi ilə başlayan mövzunu belə davam etdirib: "Kifayət qədər geniş auditoriyam var və istərdim ki, daha çox yerimiz olsun. Mən hətta yağışda durmağa da hazıram ki, saçlarım islansın".

"Saçlarım o qədər də yaxşı olmaya bilər, amma mənimlə eyni yaşda olan dostlarımın çoxundan qat-qat daha yaxşıdır. Əhəmiyyətli dərəcədə yaxşıdır", - deyə Tramp söyləyib.

Qeyd edək ki, ABŞ dövlət başçısının hər sözü, fikri, çıxışı eləcə də hərəkətləri sosial media əhli tərəfindən müzakirə predmetinə çevrilir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri