11 
Sen
2019
06:22
28
202
3200
Virtual karabakh

Netanyahu İordan vadisini anneksiya edəcəyini vəd edir

11 Sen, 2019
06:22
3200

Netanyahu İordan vadisini anneksiya edəcəyini vəd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Seçkilərdə "Likud" partiyası qalib gələrsə, İsrail müstəqilliyini İordaniya vadisinə yayacaq.

"RİA Novosti" xəbər verir ki, bunu baş nazir Binyamin Netanyahu xüsusi video müraciətdə bildirib.

Onun sözlərinə görə, seçkilərdən sonra ABŞ-ın hazırladığı "əsrin sazişi" təqdim ediləcək. Bu, Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə plandır.

"Bu tarixi fürsətdir. Biz İsrail qanunvericiliyini tariximiz və mədəniyyətimizə bağlı olan qəsəbələrə yaya bilərik. Əgər biz İsrail vətəndaşlarından bu hərəkətlərə görə mandat alsaq, seçkilərdən dərhal sonra orada İsrailin müstəqilliyini yaymaq olar. Bu gün mən İsrailin suverenliyini İordaniya vadisinə və Ölü dənizin şimalına yaymaq niyyətimi bildirirəm", - Netanyahu qeyd edib.

Netanyahu ilk addımlarını yeni Nazirlər Kabinetinin formalaşmasından sonra atmaq niyyətindədir. Knessetə seçkilər sentyabrın 17-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri