11 
Sen
2019
13:05
215
20
2323
yuxarı
Ermənistan hökumətində böhran - Nazirlər istefa vermək istəyir
Sentyabrın 10-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan istefası üçün Baş nazir Nikol Paşinyana müraciət edib.
“Hraparak” nəşrinin məlumatına görə, ölkə rəsmiləri bu xəbəri təkzib etməyə çalışıblar.
Lakin hökumətdən nəşrə bildiriblər ki, nəinki Artur Vanetsyan, hakimiyyətin digər üzvləri də istefa üçün mütəmadi olaraq ərizə yazırlar.
Ərizə yazanlar içərisində həm Baş nazirin müavinləri, həm də nazirlər var.
Bildirilib ki, Nikol Paşinyanla işləmək asan deyil. Çünki N.Paşinyan qərəzli və qəzəblidir.
Aqşin Kərimov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək