13 
Sen
2019
05:17
15
32
2496
Virtual karabakh

“Vacib deyil”: “Brexit” haqqında şəklinin məhv olunmasına Benksi cavab verdi - FOTO

13 Sen, 2019
05:17
2496

“Vacib deyil”: “Brexit” haqqında şəklinin məhv olunmasına Benksi cavab verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın məşhur strit-art rəssamı Benksi "Brexit" haqqında şəklinin ağ rənglə boyanılmasına cavab verib.

Şəxsi "Instagram" səhifəsində o, bu addımın onun əvvəlcədən olan planları ilə üst-üstə düşdüyünü bildirib:

"" Brexit " günü bu şəklin dəyışdirilməsini düşünmüşdüm. İndi isə onu boyadılar. Vacib deyil. Zənnimcə, böyük ağ bayraq həmin fikrin mənasını verir".

Şəkil 2017-ci ilin may ayında bir evin divarında çəkilib. Burada rəssam Avropa İttifaqının 12 ulduzundan birini çəkiclə sındırmaq istəyən fəhlə əks etdirmişdir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri