14 
Sen
2019
05:47
98
67
4670
Virtual karabakh

Tramp Misir prezidentinə sataşdı – Hanı mənim sevimli diktatorum?

14 Sen, 2019
05:47
4670

Tramp Misir prezidentinə sataşdı – Hanı mənim sevimli diktatorum?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp avqustda Fransanın Biarrits şəhərində keçirilən G7  sammitində Misir lideri Əbdül Fəttah əs-Sisini özünün "sevimli diktator"u adlandırıb.

TASS-ın məlumatına əsasən, bu barədə cümə günü "The Wall Street Journal" yazıb.

Qəzetin məlumatına görə, Tramp Amerika və Misir məmurlarının yanında ucadan: “Hanı mənim sevimli diktatorum?”- deyə soruşub.

Həmin vaxt zalda olmuş bir neçə nəfər nəşrə Trampın bu sualını eşitdiklərini təsdiqləyiblər. Onlar, həmçinin ABŞ prezidentinin sözü zarafatcıl tərzdə atdığını qeyd ediblər.

Misir prezidentinin Trampın replikasını eşidib-eşitmədiyi məlum deyil. 

Ağ Ev bu məsələ ilə bağlı nəşrə şərh verməkdən imtina edib. "The Wall Street Journal" həmçinin Misir məmurlarından da şərh ala bilməyib.

Qeyd edək ki, “Böyük Yeddili”yin görüşü  Biarritsdə avqustun 24-dən 26-dək keçirilib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri