13 
Sen
2019
11:21
150
49
2069
Virtual karabakh

Lavrov: Suriyada müharibə başa çatıb

13 Sen, 2019
11:21
2069

Lavrov: Suriyada müharibə başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada müharibə başa çatıb. Sadəcə, bəzi gərginlik ocaqları qalıb.

Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib

Rusiyalı diplomatın sözlərinə əsasən, hazırda böhranın həll edilməsi üzrə siyasi proses daha vacibdir.

Lavrov qeyd edib ki, gərginlik ocaqları Suriya hökumətinin nəzarəti altında olmayan ərazilərdədir. Bu sıraya İdlib və Fərat çayının şərq sahilləri daxildir.

Qeyd edək ki, 2015-ci ildə Rusiya Suriyada hərbi əməliyyatlara başlayıb. Rusiya prezidenti Vladimir Putin üç dəfə rus ordusunun Suriyadan çıxarılması barədə sərəncam verib: 2016-cı ilin mart və dekabr ayları, 2017-ci ilin dekabr ayı.

Hazırda Suriyada iki rus hərbi bazası fəaliyyət göstərir: Hmeymimdəki və Tartusdakı bazalar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri