13 
Sen
2019
14:36
240
17
2202
Virtual karabakh

Məhkəmə Sarqsyanın qardaşının həbsinə qərar verdi

13 Sen, 2019
14:36
2202

Məhkəmə Sarqsyanın qardaşının həbsinə qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşı Levon Sarqsyanın həbsinə qərar verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Arutunyan məlumat verib.

L.Sarqsyan "Şimal-Cənub" magistral yolunun tikintisi zamanı sui-istifadə hallarına yol verməkdə təqsirləndirilir.

Bundan əvvəl, ibtidai istintaq zamanı L.Sarqsyan qanunsuz olaraq əldə edilən gəlirlərin leqallaşdırılmasında ittiham edilirdi.

2018-ci ilin iyulunda keçmiş prezidentin qardaşı qızı ilə birlikdə axtarışa verilmişdi. Məhkəmə L.Sarqsyan barəsində həbs qərarı çıxarmışdı. Lakin L.Sarqsyan xaricdə yaşadığına görə, onun həbsə edilməsi mümkün olmayıb. Bəzi məlumatlara görə, L.Sarqsyan Livanda gizlənir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri