13 
Sen
2019
18:53
49
92
2424
Virtual karabakh

KİV: Çin bəzi ABŞ mallarını rüsumlardan azad edəcək

13 Sen, 2019
18:53
2424

KİV: Çin bəzi ABŞ mallarını rüsumlardan azad edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin rüsumlarını artırmağa hazırlaşdığı ABŞ mallarının siyahısından, soya və donuz əti də daxil olmaqla bəzi kənd təsərrüfatı məhsullarını çıxarmaq qərarına gəlib.

“RİA Novosti” bildirir ki, bu barədə “Sinxua Xəbər Agentliyi” məsələdən məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Çin ABŞ-da əsas bazar prinsiplərinə, Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun məhsullar əldə edəcək müəssisələrə dəstək verir. Öz növbəsində Çin Dövlət Şurasının Tariflər Komitəsi də həmin məhsulları rüsumlarının artırılacağı mallar siyahısından xaric edəcək. 

Agentliyin məlumatına görə, Pekinin bu addımı ABŞ Prezidenti Donald Trampın 250 milyard dollarlıq Çin mallarına qarşı rüsumların oktyabrın 1-dən 15-dək təxirə salınması kimi xoşməramlı davranışına cavab olaraq atılıb. 

Bu həftənin əvvəlində ÇXR Dövlət Şurasının Tarif Komitəsi ABŞ mallarının 17 sentyabr 2019-cu il tarixindən 16 sentyabr 2020-ci ilədək azad olunacağı iki siyahı nəşr edib. Birinci siyahıda 12 mal var, bunlar arasında yonca tozu, yem üçün balıq unu, sürtkü yağları var. İkinci siyahıya yem və qəlib üçün sürtgü serumu da daxil olmaqla dörd maddə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri