13 
Sen
2019
20:04
346
28
4285
Virtual karabakh

Paşinyan 2 milyon dollar cərimə edilə bilər - VİDEO

Artıq bir ilə yaxındır ki, Ermənistanda Amulsar qızıl mədəni ətrafında baş verən qalmaqal səngimək bilmir.

Avqust ayının 23-də baş nazir Nikol Paşinyan Amulsar dağında mədənin işləməsinə dair əhali ilə görüşərək, onların fikirlərini öyrənib. O, ekologiya üçün ciddi təhlükə olarsa, mədəndə işin dayandırılacağına söz verib. Amma indi bu vədindən imtina etmək məcburiyyətindədir. Əhali də artıq sözündən dönən hökumət əleyhinə aksiyalara başlayıb. 

Ermənistanın ikinci ən böyük qızıl mədəni olan Amulsar mədənində təxminən  31 milyon ton filiz, 40 ton qızıl var.  Bu mədən Ermənistan hökuməti üçün istər maliyyə, istərsə də siyasi baxımdan olduqca əhəmiyyətli hesab edilir. Faktiki olaraq bu gün Ermənistandakı əksər siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları yatağın istismarına qarşıdır. Onlar bu məsələdə yerli əhalinin fikirlərini bölüşərək, layihənin ciddi ekoloji böhrana gətirib çıxaracağını bildirirlər.

Bakı Politoloqlar Klubunun sədri  Zaur Məmmədov hesab edir ki, yaxın gələcəkdə Nikol Paşinyan istər daxili, istərsə də xarici siyasi fəaliyyətini hazırdakı kimi davam etdirərsə, bu onun sonu ola bilər. Ölkədə Paşinyanın nüfuzu hər gün bir az da düşür. 

İnvestisiyalar üçün qapı-qapı düşən Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər. Bütün bunlar ölkədə hüququn işləmədiyinin daha bir göstəricisidir. Deməli, ermənilərin hüquqla bağlı problemi təkcə Qarabağ məsələsində yox, elə xarici investorlarla münasibətlərində də müşahidə olunmaqdadır.


Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri