15 
Sen
2019
20:15
35
370
8164
Virtual karabakh

Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü

15 Sen, 2019
20:15
8164

Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatının Tampa şəhərində bir kişi dırnaqlarının uzunluğuna görə “Ginnesin rekordlar kitabı”na düşüb.

“Lenta.ru” xəbər verir ki, əsas işi papaqçılıq olan Odilon Ozar adlı şəxsin dırnaqlarının ölçüsü 121 sm-dir.

O, dırnaqlarının hər birini mavi və bənövşəyi rəngə boyayıb.

Maraqlıdır ki, Ozar rekordlar kitabına ikinci dəfə düşüb. O, daha əvvəl ən hündür şlyapanın sahibi kimi də hamıdan fərqlənmişdi. Onun başına qoyub 10 metr yeridikdən sonra qeydə alınmış rekordçu şlyapasının hündürlüyü 4.8 metr olmuşdu.

Amma Ozar bununla kifayətlənmək istəmir. Hazırda o, ən hündür dabanlı ayaqqabı rekordunu yeniləmək üçün çalışmalar aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri