16 
Sen
2019
10:25
182
17
2150
Virtual karabakh

Dubay polisi “Instagram”da canlı yayıma çıxan sürücünü cərimələdi

Şanssız sürücü “Instagram”da sükan arxasından canlı yayım edib və Dubay polisi tərəfindən avtomobil idarə edərkən smartfondan istifadə etdiyi üçün cəzalandırılıb. Cərimə haqqında isə maşının vurulmasına yazılan şərhlərdə məlumat verilib.

Digər sürücülər bu əməlinə görə onun cəzalandırılmasını dəstəklədiklərini bildiriblər.  

“Biz Şeyx Zeyd şosesi ilə hərəkət edən və maşın sürərkən “Instagram”da canlı yayım edən şəxslə bağlı bir neçə şikayət zəngi aldıq. Onun “Instagram” hesabını yoxladıq, efiri gördük və qanun pozuntusunu qeydə aldıq. Sürücülər maşın sürərkən telefonlarla fikirlərini yayındırmamalıdırlar.

Biz sürücülərin bu kimi səhvlərə yol verməməsini istəyirik. Hər kəs polisə zəng edərək sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması barədə məlumat verə bilər. Biz məlumatı yoxlamadan cərimə yazmırıq”, - deyə polis bölməsindən açıqlama verilib.

Cərimənin miqdarı 800 dirhəm (təxminən 320 AZN) təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri