16 
Sen
2019
11:34
35
324
5947
Virtual karabakh

Rusiyada güclü yanğın: şəhər prokuroru və ailə üzvləri həlak oldu - VİDEO

16 Sen, 2019
11:34
5947

Rusiyada güclü yanğın: şəhər prokuroru və ailə üzvləri həlak oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən gecə Krasnoyarskda yaşayış binasında baş verən yanğın nəticəsində Lesosibirsk şəhərinin prokuroru, həyat yoldaşı və iki uşağı ölüb. 

Məlumat rayon prokurorluğu tərəfindən təsdiqlənib.

Vilayət prokurorunun böyük köməkçisi Olqa Qaidukun sözlərinə görə, yanğında prokuror Vasili Fedorov, onun və bacısının ailəsi həyatını itirib.

36 yaşı olan Fedorov Lesosibirsk prokurorluğuna aprel ayından rəhbərlik edirdi. O, prokurorluq orqanlarında 2006-cı ildən çalışırdı.

Qusarov küçəsindəki beşmərtəbəli yaşayış binasında yanğın sentyabrın 15-də gecə baş verib. Yanğın barədə siqnal Fövqəladə Hallar Nazirliyinə Moskva vaxtı ilə 22:26-da daxil olub.

Moskva vaxtı ilə saat 23:04-də yanğın 40 kvadratmetr sahədə lokallaşdırılıb, saat 23:36-da söndürülüb. Hadisə nəticəsində dördü uşaq olmaqla, səkkiz nəfər ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri