16 
Sen
2019
18:24
99
43
3296
Virtual karabakh

Azərbaycanlı saxta sənədlərə görə Komidə saxlanıldı

Rusiya Federasiyasının muxtar subyekti olan Kominin paytaxtında yaşayan 36 yaşlı Azərbaycan Respublikası vətəndaşına qarşı Cinayət Məcəlləsinin 327-ci (qəsdən saxta sənəddən istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Belə ki, o, 2017-ci ildə gənc bir dostundan 15 min rubl müqabilində Sankt-Peterburq Dövlət Universitetinin “Rus dilini, Rusiya tarixini bilmək və Rusiya Federasiyasının qanunvericiliyinin əsasları haqqında” bilməsi ilə bağlı sertifikatını alıb. 

2017-ci ilin dekabr ayında isə azərbaycanlı saxta sənədlərlə Komidə yaşamaq və işləmək hüququ ilə bağlı rəsmi qərar əldə edərək burada yaşamağa başlayıb.

Sözügedən şəxs hazırda günahını etiraf edib və məhkəmə tərəfindən ona 10 min rubl cərimə təyin olunub. Hökm hələ ki, qüvvəyə minməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri