18 
Sen
2019
21:49
72
54
4236
Virtual karabakh

Tramp Boltonun xələfini açıqladı

18 Sen, 2019
21:49
4236

Tramp Boltonun xələfini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl istefaya göndərdiyi dövlət təhlükəsizliyi üzrə müşaviri Con Boltonun əvəzləyicisini təqdim edib.

“RİA Novosti” xəbər verir ki, bundan sonra sözügedən vəzifəni Robert Obrayn yerinə yetirəcək.

“Dövlət Departamentindəki girovlarla iş üzrə prezidentin xüsusi nümayəndəsi, Robert Obraynı yeni milli təhlükəsizlik müşavirimiz olaraq təyin etdiyimi bildirməkdən məmnunluq duyuram. Robert ilə uzun müddət işləmişəm. O, çox yaxşı işlər görəcək”, - deyə Tramp sosial şəbəkə hesabında yazıb.

Obrayn Trampın prezidentliyi dövründən bəri bu vəzifədəki dördüncü məmur olacaq. Keçən həftə Tramp onun sələfi Con Boltonu vəzifəsindən istefaya yollamış, bunu siyasi fikir ayrılıqları ilə izah etmişdi.

Maraqlıdır ki, ABŞ-da əksər yüksək səviyyəli məmurlardan fərqli olaraq, prezident senatın razılığı olmadan milli təhlükəsizlik üzrə müşavir təyin edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri