19 
Sen
2019
12:23
137
51
9601
Virtual karabakh

Leonid Qusev: İranın bombalanması və müharibə təkcə regiona yox, bütün dünyaya təsir edəcək

19 Sen, 2019
12:23
9601

Leonid Qusev: İranın bombalanması və müharibə təkcə regiona yox, bütün dünyaya təsir edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Straftor” kəşfiyyat-analitik agentliyi növbəti hesabatını yayımlayıb. Hesabatda söhbət, əsasən, İranın təmkinli hərəkətlərindən gedir. Ekspertlərin fikrinə əsasən, İran İslam Respublikasının rəhbərliyi ABŞ-ın addımlarını nəzərə alaraq dərk etdi ki, Vaşinqton müharibə istəmir. Bununla yanaşı, Avropa Fransanın timsalında gərginliyi azaltmaq müqabilində İrana iqtisadi dəstək təklif edir.

İrana qarşı ciddi tədbirlərin görülməsini tələb edən Con Boltonun istefası məsələsi də var. “Stratfor”un fikrincə, BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək görüş zamanı ABŞ və İran arasında müxtəlif razılaşmalar və sanksiyaların zəifləməsi mümkün ola bilər.

Həqiqətən, regionda müharibə riski azalıb? Bu, Azərbaycan da daxil olmaqla İranın qonşularının hərbi əməliyyatların nəticəsindən artıq ehtiyatlanmaması mənasına gəlirmi?

Məsələ ilə bağlı Media.Az Rusiya XİN-in Beynəlxalq Tədqiqatlar İnstitutunun böyük elmi işçisi, Mərkəzi Asiya və Əfqanıstan problemlərinin Tədqiqatı Mərkəzinin eksperti Leonid Qusevlə söhbət edib.

- Fikrinizcə, həqiqətən, regionada gərginlik və müharibə təhlükəsi azalıb?

- Bəli, gərginliyin azalmasını sübut edən bəzi məqamlar var. 2015-ci ildə İran və bir sıra dövlətlər arasında razılaşma əldə edildi. Bu, İrana müsbət təsir etdi. Bundan əlavə, razılaşma Avropa ölkələri və ABŞ-ın da lehinə idi.

Söhbət ilk növbədə biznes-strukturlardan gedir. İran iqtisadiyyatının müxtəlif sektorlarında təkcə avropalılar yox, amerikalılar da öz “paylarını” almaq istəyirlər. Tehrana təzyiqlər yenidən başlayanda bu biznes-qrup narazı qaldı.

Donald Tramp seçki ərəfəsində İranın terrorçu dövlət olduğunu, nüvə müqaviləsinin ləğv edilməsinin vacibliyini, İrana qarşı sanksiyaların tətbiqi, lazım olsa, İslam Respublikasını bombalayacağını iddia edirdi.

Tramp prezident seçildikdən sonra bu mövzunu davam etdirmək istədi. Məsələ burasındadır ki, Avropa bu məsələyə etiraz etdi və ABŞ daxilində də kifayət qədər güclü qüvvələr bu planın əleyhinə çıxış etdi.

Konqresin nümayəndələr palatası İrana qarşı istənilən hərbi əməliyyatın əleyhinədir. Tramp realist siyasətçidir. Xatırlayın, Şimali Koreya məsələsi necə başladı? Sonradan Kim Çen Inla Trampın görüşü də baş tutdu.

İranla da vəziyyət eynidir: BMT Baş Assambleyasının iclası çərçivəsində görüş mümkündür. Amma görüşün hansı nəticələri olacağını söyləmək çətindir. Düşünürəm ki, hərbi əməliyyatlar olmayacaq. Bu, çox vacib regiondur, ölkələrin əksəriyyəti neft və qaz ehtiyatlarına sahibdir. İranın şimalında Azərbaycan, cənubunda Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələr var.

Bundan əlavə, Suriyada hərbi əməliyyatlar davam edir, İraqda vəziyyət gərgindir. Əfqanıstan da uzaqda deyil. Buna görə də İranda müharibə alovlansa, geniş areala yayıla bilər. Buna görə ümid edirəm ki, hansısa razılaşma əldə ediləcək. 

- Yəni Azərbaycan da daxil olmaqla, region ölkələri “rahat nəfəs ala bilər.” Çünki ekspertlər İrana qarşı hərbi əməliyyatlardan sonra qaçqın axını və digər problemləri proqnozlaşdırmışdılar.

- Düşünürəm ki, vəziyyət qəliz olaraq qalsa da, region ölkələri rahat nəfəs ala bilər. Amma ABŞ-da anlaya bilmirlər ki, İranın bombalanması, müharibə təkcə regiona yox, bütün dünyaya təsir edəcək.

Qaçqınlara görə humanitar fəlakət yaşana bilər. İranda on milyonlarla azərbaycanlı yaşayır və onlar xilas yolu kimi Azərbaycana üz tutacaqlar. Amma düşünürəm ki, istənilən halda, bu ssenari reallaşmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri