20 
Sen
2019
22:02
111
47
6604
Virtual karabakh

“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

20 Sen, 2019
22:02
6604

“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Mikki Rurk onu Ukraynada, Xmelinski bölgəsinin Zaqorçı kəndində dəfn etmələrini istədiyini söyləyib.

Bu barədə Ukraynanın “Today” qəzeti məlumat yayıb.

Sözügedən kənddə aktyorun köməkçisi Dmitri Korneyçukun nənəsi yaşayır.

“Dimaya dedim ki, mən öləndə nəşimin ABŞ-da dəfn edilməsini istəmirəm. O, babasının harada dəfn olunduğunu göstərdi və özünün də orada dəfn olunmaq istəyini dilə gətirdi”, - deyə, Rurk bildirib.

“Güləşçi” filmindəki roluna görə 2009-cu il “Oskar” mükafatı namizədi olan Rurkun 67 yaşı var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri