23 
Sen
2019
00:25
18
206
5490
Virtual karabakh

Rusiyalı tələbə qonşusunu cəmi 63 manata görə öldürübmüş

23 Sen, 2019
00:25
5490

Rusiyalı tələbə qonşusunu cəmi 63 manata görə öldürübmüş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saratovda hüquq akademiyasının 18 yaşlı tələbəsi saxlanılıb. 

“RİA Novosti” xəbər verir ki, oğlan qonşuluqda yaşayan rəfiqəsini öldürməkdə iitham olunur. 

Məhkəmədə jurnalistlərə bildirilib ki, tələbə cinayəti etiraf edib. O, qızı borca görə öldürdüyünü bildirib. Söhbət cəmi 2300  (təxminən 63 AZN) Rusiya rublundan gedirmiş.

Tələbənin sözlərinə görə, qız pulu iyul ayında bir yerdə olduqları əyləncə axşamında onun cüzdanından götürübmüş. Hərçənd, dostları düşünür ki, bu pulu onun özü də xərcləmiş ola bilər. Bundan sonra o,  2300 rublu geri istəyib.

Tanışlarının sözlərinə görə, zərər çəkdiyini iddia edən tələbə qızı hədələyir və "borcunu qanı bahasına ödəyəcəyini" bildirirmiş.

İstintaq müəyyən edib ki, qatillə onun qurbanı uşaqlıqdan dost olublar, eyni binada yaşayıblar. Bununla belə, gənc tələbə “borcunun” qaytarılmadığından qezylənərək, qızı qapının ağzında gözləyib və bıçaqla ona 50-dən çox zərbə vurub.

Tələbəni 15 ilədək həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri