Okt
2019
05:44
18
59
2297
Virtual karabakh

Gəlirlərin artımı zərurəti Ekvadoru OPEK-dən çıxmağa məcbur etdi

2 Okt, 2019
05:44
2297

Gəlirlərin artımı zərurəti Ekvadoru OPEK-dən çıxmağa məcbur etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekvador Neft İxrac edən Ölkələr Birliyini (OPEK) tərk etmək qərarına gəlib.

Ekvadorun Energetika Nazirliyinin “Twitter” səhifəsində bildirilir ki, 2020-ci il yanvarın 1-dən ölkə OPEK-ı tərk edəcək.

Məlumata əsasən, qərar maliyyə sabitliyinə nail olmaq zərurəti ilə əlaqədardır. Bu tədbir hökumətin büdcə xərclərinin ixtisarı və gəlirlərin artımı üzrə planına salınıb.

Buna baxmayaraq Ekvador dünya neft bazarının stabilləşdirilməsinə dair yönələn səyləri dəstəkləməkdə davam edəcək.   

Cari ilin avqust ayında Ekvador gündə 537 min barel neft hasil edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri