Okt
2019
23:13
31
178
9568
Virtual karabakh

İntihar edən sürücünün yeddi arvadı ortaya çıxdı

7 Okt, 2019
23:13
9568

İntihar edən sürücünün yeddi arvadı ortaya çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda intihar edən 40 yaşlı kişinin cəsədini götürmək üçün yeddi qadın polisə gəlib.

Bu barədə “Times of India” məlumat yayıb.

Pavan Kumar sürücü işləyib və ailəvi mənzildə yaşayıb. Sentyabrın 29-u intihara cəhddən sonra həyat yoldaşı onu xəstəxanaya aparsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb. Qadın yoldaşının intihar səbəbini anlamadığını deyib.

Kumarın ölümü təsdiqləndikdən sonra bir-birinin ardınca yeddi qadın polisə müraciət edib. Hamısı Kumarın həyat yoldaşı olduqlarını və cəsədi götürməyə gəldiklərini bildirib. Qadınların hər biri Kumarın həyatında yeganə olduğunu iddia edib. Ancaq onların heç birinin nikah şəhadətnaməsi olmayıb.

Polis qadınlardan öz aralarında razılığa gəlmələrini və kişini son mənzilə yola salmalarını istəyib.

Polisin əldə etdiyi məlumata görə, Kumarın maddi problemi olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri