Okt
2019
14:39
13
117
3374
Virtual karabakh

Oğluna “dərs verən” çoxuşaqlı ata insanların qəzəbinə tuş gəldi

9 Okt, 2019
14:39
3374

Oğluna “dərs verən” çoxuşaqlı ata insanların qəzəbinə tuş gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Reddit” istifadəçisi dərs vermək üçün oğlunun əl işlərini necə cırdığını göstərərək hərəkətinin nə qədər düzgün olduğunun qiymətləndirilməsini istəyib.

Valideynin paylaşımı mindən çox insanın qəzəbinə səbəb olub.

Oktyabrın 7-də kişi altı yaşlı qızının çəkdiyi rəsmi səkkiz yaşlı qardaşına göstərdiyini, qardaşının isə “bu mənə maraqlı deyil” deyərək şəkli cırdığını, onu incitdiyini yazıb. Ata buna qarşılıq olaraq oğlunun əl işini cıraraq, oğluna “bu da mənə maraqlı deyil” deyib.

Valideyn bu davranışı ilə haqlı olduğunu, oğlunun bundan sonra başqasını incitməyin necə bir şey olacağını anladığını bildirərək insanların fikrini soruşub.

Şərhçilər isə valideyni kəskin tənqid edərək bu davranışın yanlış olduğunu, uşağı başqa cür tərbiyə etməyin mümkünlüyünü izah ediblər.

Sonda beşuşaqlı ata yeganə oğlunun kobudluğunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini söyləyərək səhvini anlayıb və hər kəsə təşəkkür edərək üzr istəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri