10 
Okt
2019
05:24
591
32
8627
Virtual karabakh

Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO

10 Okt, 2019
05:24
8627

Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hərbi qüvvələrinin Suriya ilə sərhəd ərazilərdə başladığı “Barış pınarı” hərbi əməliyyatı davam etdirilir.

Oxu.Az xəbər verir ki, əməliyyatlar eyni anda havadan və quruda aparılır.

Türkiyə Müdafiə nazirliyinin yaydığı məlumata görə, F-16 hərbi təyyarələri əməliyyatlar çərçivəsində PKK terror qruplaşmasına məxsus 181 hədəfi məhv edib. Hərbi təyyarələr Suriya ilə sərhəd rayonlarından olan Şanlıurfanın Akçakale, Kamışlı, Derik və digər kəndlərində əməliyyatları davam etdirir.

PKK üzvləri Türkiyəyə məxsus təyyarələrin görüntü məsafəsinə maneə yaratmaq üçün yanğınlar törədib.

Türkiyə Müdafiə nazirliyindən bildirilib ki, “Barış pınarı” əməliyyatı çərçivəsində Türkiyə hərbi qüvvələri və Suriya Milli Ordusu birgə əməliyyatlar keçirir.

Əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri