11 
Okt
2019
14:25
21
649
4216
Virtual karabakh

Türkiyə iki şəhid verdi

11 Okt, 2019
14:25
4216

Türkiyə iki şəhid verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın Tel Rıfat bölgəsində terrorçu PKK/PYD qruplaşmasının Türkiyənin hərbi hissəsinə hücumu zamanı iki hərbiçi şəhid olub, üçü isə yaralanıb.

Şəhid olan əsgərlər Yunus Mermer və Abdulhamit Bilgendir.  

Yaralılar isə təcili tibbi yardım maşını ilə Kilis şəhərindəki xəstəxanaya aparılıb.

Qeyd edək ki, Türkiyə hərbiçilərinə hücum oktyabrın 11-də olub.

Xatırladaq ki, Oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar zamanı 277 terrorçu zərərsizləşdirilib. 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri