12 
Okt
2019
13:56
137
37
9758
Virtual karabakh

Ziyafətdən sonra hava almağa çıxan ingilis özünü Fransada “tapdı” - FOTO

12 Okt, 2019
13:56
9758

Ziyafətdən sonra hava almağa çıxan ingilis özünü Fransada “tapdı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ziyafət sonrası sərxoş olan tələbə hava almaq üçün çıxıb və 800 mil yeriyərək Fransaya çatıb.

Bu barədə “Daily Mail” xəbər verir.

Ross-on-Vye şəhər sakini 20 yaşlı ingilis Barni Rul Edinburq Universitetini bitirməsini ziyafətlə qeyd edib. Səs-küylü ziyafət sonrası oğlan bayıra çıxaraq 13 mil (təqribən 20 kilometr) yeriyib. Bir müddət sonra o, evdən nə qədər çox uzaqlaşdığını başa düşüb. Ancaq geri dönmək əvəzinə, yoluna davam edib.

Chesterdən başlayan tələbə Pul şəhərinə çatıb və paroma minərək Fransanın Şerbur-Oktevil liman şəhərinə çatıb. Bundan sonra o, Fransa ətrafında gəzməyə başlayıb və burada Renn, Anje, Sent, Bordo və digər şəhərləri ziyarət edib.

Bu günə qədər Rul 800 mil məsafə qət edərək ölkənin cənub-qərbinədək gedib. Tələbə son dayanacaq olaraq İspaniyanın şimalındakı San-Sebastian şəhərini seçib. Səyyahın dediyinə görə, o, gün ərzində 20 mil (32 kilometr) məsafə qət edir, çadırda yatır və səfərinə özü sponsorluq edir:

“Mən həmişə İspaniyaya getmək istəyirdim, amma bunu sərxoş olana qədər etmədim. Mən qanunu pozmadığımdan əmin deyildim. Sadəcə, başa düşdüm ki, başımı havaya qaldırmalıyam”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri