13 
Okt
2019
08:55
26
284
4342
Virtual karabakh

ABŞ-da polis qaradərili ev sahibini güllələyib

13 Okt, 2019
08:55
4342

ABŞ-da polis qaradərili ev sahibini güllələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Texas ştatında çağırışa gələn polis pəncərədə qaradərili qadını gördükdə onu güllələyib.

RİA “Novosti” bildirir ki, hadisədən sonra qadının evin sahibi olduğu məlum olub.

Güllə atan polisin ağ dərili olduğu qeyd edilir. Belə hadisələr ABŞ-da tez-tez baş verir və çox vaxt etiraz aksiyalarına səbəb olur. Zabitin Fort-Vert dairəsinin polis idarəsində 2018-ci ildə xidmətə başladığı və hazırda işindən uzaqlaşdırıldığı bildirillir.

“Çağırışa gələn polis əməkdaşları evdə axtarış aparan zaman içəridə, pəncərənin yanında dayanan qadını görüblər. Vəziyyəti təhlükə kimi dəyərləndirərək zabit tabel silahını çıxarıb və içəridə olan insana atəş açıb”, - deyə press-relizdə bildirilir.

Qadın aldığı yaralardan hadisə yerində ölüb. “New York Times” qəzetinin məlumatına görə, polis məmurlarını ölənin qonşusu onların evinin giriş qapısının niyə taybatay açıq olduğunu yoxlamaq üçün çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri