15 
Okt
2019
08:46
77
34
2589
Virtual karabakh

Kataloniya etiraz edir: polis nümayişçilərlə əlbəyaxa oldu - VİDEO

15 Okt, 2019
08:46
2589

Kataloniya etiraz edir: polis nümayişçilərlə əlbəyaxa oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniyanın hüquq-mühafizə orqanları Barselonanın mərkəzini və El-Prat hava limanını nümayişçilərdən təmizləməyə çalışırlar.

RİA Novosti” xəbər verir ki, Ali Məhkəmənin qərarından sonra müstəqillik tərəfdarları etiraz aksiyası keçiriblər.

Nümayişçilərlə polis əməkdaşları arasında yaranan qarşıdurma nəticəsində 56 nəfər xəsarət alıb.

Zərərçəkənlərin əksəriyyəti Barselona aeroportunda xəsarət alıblar. Burada radikallar hava limanına giriş-çıxışı bağladıqlarına görə, pilotlar vaxtında reyslərə çata bilməyiblər. Nəticədə 100-dən çox reys təxirə salınıb.

Bazar ertəsi İspaniya Ali Məhkəməsi Kataloniyada qanunsuz referendumun keçirilməsinə görə 12 siyasətçi barəsində həbs qərarı çıxarıb.   

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri